
56-cı böyükhesablı qələbə
“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi buna Premyer Liqanın 4-cü turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb.
Klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



