54 yaşında rinqə çıxdı
Aprelin 2-nə keçən gecə Miluokidə (ABŞ) “Fiserv Forum” arenasında maraqlı duel baş tutub.
Komanda.az xəbər verir ki, ABŞ-dan olan 54 yaşlı məşhur veteran idmançı Roy Cons keçmiş UFC çempionu və boks debütantı, 36 yaşlı amerikalı Entoni Pettisə qarşı rinqə çıxıb.
Döyüş 8 raunddan ibarət olub və rəsmi olaraq boksçular arasında rekordlar siyahısına düşüb. Şounun əsas promouteri UFC-nin ulduzu Xorxe Masvidal olub.
54 yaşlı Roy Cons runqdə asta görünüb, lakin əzmlə mübarizə aparıb. Entoni Pettis boksdakı debütünü qələbə ilə başa vurub (78:74, 76:76, 77:75).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin