Azərbaycan millisinin növbəti məğlubiyyəti
Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığma komanda Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova millisi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əvvəl İspaniya və Çexiyaya 0:4 hesabı ilə uduzan yığmamız qrupda sonuncudur.
Qadınlar, Avropa çempionatı, seçmə mərhələ
11 noyabr
Moldova – Azərbaycan 3:1
Baş hakim: Katalin Sipos
Baş hakimin köməkçiləri: Judit Kulşar, Anita Vad
Dördüncü hakim: Reka Molnar (hamısı Macarıstan)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin