
Kavani üçün əlamətdar oyun
PSJ Fransa kubokunun yarımfinalında “Lion”u məğlub edib.
Komanda.az xəbər verir ki, 5:1 hesabıyla bitən qarşılaşma Paris təmsilçisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, “Lion”la matçda forma geyinən Kavani, PSJ ilə 300-cü rəsmi oyununa çıxıb.
Uruqvaylı hücumçu PSJ tarixində ən çox oyun keçirən 9-cu futbolçu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin