500-cü qol

“Zirə” 500-cü qolunu vurub.

Komanda az PFL-ə istinadən xəbər verir ki, klub tarixinin yubiley topu Misli Premyer Liqasının 5-ci turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub.  Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komanda neytral meydanlarda 2 dəfə sevinib.

2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button