
50 milyon avroluq təklifini qəbul etmirlər – “Mançester Yunayted”in
“Ayaks”ın və Argentina millisinin müdafiəçisi Lisandro Martines “Mançester Yunayted”ə keçməyə yaxındır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, mankunianlar təklifini 50 milyon avroya qədər qaldırsalar da, Niderland klubu hələ ki, cavab verməyib. “Ayaks” rəsmiləri Martinesin xidmətində maraqlı olan digər Premyer Liqa klubunun – “Arsenal”ın nə qədər təklif edə biləcəyini gözləyir.
“Ayaks” Martinesi Argentinanın “Defensa” klubundan transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin