Avropanın 5 klubunun “radar”ındadır – İspaniyalı futbolçu
“Leyptsiq”in vingeri Dani Olmo ilə 5 top-klub maraqlanır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İspaniya millisinin futbolçusu “Barselona”, ”Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” və “Bayern”in “radar”ındadır.
Olmonun müqaviləsində bu yay qüvvədə olacaq sərbəst qalma bəndi var. Daha əvvəl oyunçunun satınalma məbləğinin 60 milyon avro civarında olduğu bildirilmişdi.
26 yaşlı futbolçu bu mövsüm 32 matç keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin