5 milyona alıb, 100 milyon avro qiymət qoydular
“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Levante”nin yarımmüdafiəçisi Pepelunu transfer edib.
24 yaşlı ispan futbolçunun transferi “Valensiya”ya 5 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb, 100 milyon avro qiymət qoyulub.
“Levante”nin yetirməsi olan Pepelu “Tondela”, “Vitoriya” (Gimaraynş) və “Herkules”də də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin