“Bayern”ə keçmək həyatımın ən yaxşı qərarı idi” – Süle
Yayda Dortmund “Borussiya”sının futbolçusu olacaq “Bayern”in və Almaniya millisinin müdafiəçisi Niklas Süle Münhen komandasının azarkeşlərinə dəstəyə görə təşəkkür edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Süle, beş il “Bayern”də oynadığına görə qürur hissi keçirdiyini deyib:
“Düşünürəm ki, “Bayern”ə keçmək həyatımın ən yaxşı qərarı idi. Burada keçirdiyim beş ilə nəzər saldıqda, qazandığım kubokları təhlil edərkən, böyük qürur hissi keçirirəm. Məni qəbul edən və beş il ərzində dəstək olan “Bayern” azarkeşlərinə minnətdaram. Burada həmişə özümü rahat hiss etmişəm və bu böyük klubun bir parçası olmuşam. Hər kəsə can sağlığı arzulayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin