
44 yaşlı Buffonla yeni müqavilə
İtaliyanın “Parma” klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı futbolçunun yeni müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.
Buffon “Parma” ilə ötən yay müqavilə bağlayıb. İtaliya millisinin keçmiş üzvü karyerası ərzində “Yuventus”, PSJ kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin