
İslamiada: Azərbaycan millisi ilk oyununda uduzdu
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib. “Green Hall” Olimpiya Kompleksində təşkil olunan oyun rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb.
Yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstana qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



