“Real”ın zədəli futbolçuları qayıdır

Qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Federiko Valverdenin “Real”ın “Elçe” ilə qarşıdakı matçında oynayacağı gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, zədəli Kurtua və Valverdenin meydana çıxmağa hazır olacağı gözlənilir.

Həmçinin, Kilian Mbappe və Eduardo Kamavinqanın Fransa millisindən Madridə səhhətlərində problem olmadan qayıtdıqları da bildirilir. Baxmayaraq ki, Mbappenin zədə səbəbindən Azərbaycan yığması ilə Bakıdakı matçda iştirak etməyəcəyi xəbəri yayılıb.

Fransa millisi DÇ-2026-ya vaxtından əvvəl vəsiqə qazanıb və Azərbaycanla qarşıdakı oyun (16 noyabr) əhəmiyyətini itirib.

İspaniya La Liqasının “Elçe” – “Real” matçı noyabrın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button