Rebrov Fransa millisinə qalib gəlmək istəyir

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə qarşılaşmadan öncə açıqlama verib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bu oyunun onlar üçün çox önəmli olduğunu bildirib:

“Bu oyun bizim üçün çox önəmlidir. Ancaq hər bir qarşılaşma əhəmiyyətlidir. Hədəfimiz qalib gəlməkdir. İlk oyunu təhlil etdik, orada məğlub olmuşduq və indi xal qazanmağa çalışacağıq”.

Fransa və Ukrayna milliləri arasındakı matç bu gün saat 23:45-də start götürəcək. Qrupun digər qarşılaşmasında Azərbaycan millisi eyni gündə, saat 21:00-da İslandiya yığmasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button