Federasiya PSJ-nin oyunundakı hakim səhvini etiraf etdi

Fransa Futbol Federasiyası ölkə çempionatının PSJ – “Lion” oyununda baş vermiş hakim səhvi ilə bağlı qərarını açıqlayıb.

Oyunda Paris komadası 3:2 hesabı ilə qalib gəlib, ancaq “Lion” Xviça Kvaratsxeliyanın qoluna etiraz edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Hakimlər Kollegiyası müraciəti nəzərdən keçirərək, qolun səhvən sayıldığını müəyyən edib.

Hadisədən əvvəl Vitinya topu rəqibdən almağa çalışıb və onun ayağına toxunub, ancaq bu, VAR və baş hakim tərəfindən görülməyib.

“Lion” artıq bu qərardan narazılığını ifadə edib. Komanda hazırda 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, PSJ isə 27 xalla 1-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button