“Real”ın sabiq futbolçusu yeni klub axtarır

“Real”ın sabiq futbolçusu, hazırda “Leon”un yarımmüdafiəçisi olan Xames Rodrigez Meksika klubundan ayrılmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu ilin sonuna qədər klubla müqaviləsini yeniləmək niyyətində deyil. O, azad agent olmaq və sabit oyun vaxtı qazana biləcəyi yeni bir komanda tapmaq istəyir.

Rodriges Kolumbiya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil olmağa ümid edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button