
Avropa çempionatı: Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununu keçirəcək
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək.
Komanda.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gələcək.
Görüş Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda, saat 17:30-da start götürəcək.
Qarşılaşmanın baş hakimi finlandiyalı Oliver Reytala olacaq.
U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Maltanın Ta Qali şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



