Əliyar Ağayev Xorvatiya yığmasının oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.

Komanda.az xəbər verir ki, 38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.

Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button