
Reytinq: “Qarabağ” 17 pillə irəliləyib
“Qarabağ” dünya reytinqində daha 17 pillə irəliləyib.
Komanda.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
192,25 xalı olan “Qarabağ” 82-ci sıradan 65-ci yerə qalxıb.
“Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib.
502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



