419 gün sonra yenə kapitanlıq
Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qarabağ”la oyununda (0:3) meydana “Zirə”nin kapitanı kimi Vüqar Mustafayev çıxıb.
Komanda.az “Zirə”nin “facebook” hesabına istinadən xəbər verir ki, Mustafayev, karyerasında ikinci dəfə “qartallar”ı arxasınca meydana daşıyıb. Mövsümdə ilk dəfə bu vəzifəni icra edən müdafiəçinin bu roldakı debütü ötən çempionat gerçəkləşmişdi. O, 419 gün əvvəl ilk dəfə kapitan sarğısını taxıb.
2017/18 mövsümündə “Keşlə”ylə 2018-ci il martın 4-də baş tutan qarşılaşmada (1:2) Mustafayev ilk dəfə bu məsuliyyəti daşıyıb. Həmin görüş də “Zirə”nin ev matçı olub.
Ümumiyyətlə isə 8 futbolçu Premyer Liqa matçında “Zirə”də bu funksiyanı yerinə yetirib. Bunlar Anar Nəzirov (37), Kamal Bayramov (22), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandrr Şemonayev (15), Vüqar Mustafayev (2), həmçinin hərəyə 1 dəfə kapitan olan Adil Nağıyev və Adrian Skarlatakedir.
Bizi Facebook-da izləyin