
Rus futbolçu ABŞ klubundan ayrılmaq istəyir
“Atlanta”nın yarımmüdafiəçisi Aleksey Mirançuk ABŞ klubundan ayrılmaq istəyir.
Komanda.az “Sport Baza”-ya istinadən xəbər verir ki, rusiyalı futbolçu komandanın MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən narazıdır və klubdan ayrılmaq niyyətindədir.
Mirançukun ABŞ-dakı həyatından məmnun olduğu və karyerasını davam etdirmək üçün yerli klub axtardığı bildirilir. O, hələ Rusiya Premyer Liqasına qayıtmağa hazır deyil.
29 yaşlı yarımmüdafiəçinin “Atlanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin dekabrında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



