
“Barselona”nın yarımmüdafiəçisi 2-3 həftəliyə sıradan çıxıb
Dani Olmo zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
“Barselona”nın yarımmüdafiəçisi bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yarımmüdafiəçi Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib. Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.
Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.
Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



