
“Real”da “üsyan” – Valverde müdafiədə oynamağı rədd edib
UEFA Çempionlar Liqasının 2-ci turunun “Kayrat” – “Real” (0:5) matçında yarımmüdafiəçi Federiko Valverde iştirak etməyib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu sağ müdafiəçi mövqeyində oynamağı rədd edib.
“Real”ın baş məşqçisi Xabi Alonso, Trent Aleksander-Arnoldun zədəsi və Daniel Karvahalın cəzalı olması səbəbindən Valverdeni bu mövqedə oynatmaq istəyib. Ancaq oyunçu öncədən keçirilən isinmə zamanı açıq-aşkar narazılığını göstərib.
Daha əvvəl Alonso Valverdenin heyətə düşməməsinin mövqe ilə bağlı olmadığını bildirmişdi.
Madrid təmsilçisi növbəti turda Çempionlar Liqasında “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



