“Bu gün bir xal qazandıq” – “Sumqayıt”ın baş məşqçisi

“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib. Serbiyalı çalışdırıcı 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Çox çətin oyun keçdi. Əslində, bu gün bir xal qazandıq, amma ötən tur itirdik. Bugünkü rəqib çox güclü idi.

Oyunçuların yerdə qalmasında qeyri-adi heç nə görmürəm. Oyun epizodları idi. Belə güclü rəqiblərlə qarşılaşanda qol fürsətlərindən yararlanmaq lazımdır. Futbolçularımdan razıyam, sonadək mübarizə apardılar. Nə bacardılarsa, onu etdilər.

Hakimliklə bağlı danışmaq istəmirəm.

Ötən oyunlarda həm “İmişli”, həm də “Neftçi” ilə matçlarda biz çox üstün idik. Ancaq “Sabah” bu gün bizdən həm heyət, həm də oyun baxımından üstün idi”.

“Sumqayıt” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button