41 yaşlı futbolçuya karyerasını bitirməyə icazə vermədilər
“Betis”in hücumçusu Xoakin klubla müqaviləsini pozmaq və karyerasını bitirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu 41 yaşlı ispaniyalı futbolçu özü rəhbərliyə təklif edib.
O, qapıçı Klaudio Bravo və hücumçu Villian Xosenin mövsümlük qeydiyyatı ilə bağlı problemi həll etmək üçün ayrılmağa hazır olduğunu bildirib. Ancaq “Betis” rəhbərliyi bunu rədd edib. Klub transfer pəncərəsi bağlanana qədər futbolçuların qeydiyyatı ilə bağlı problemi həll etmək üçün digər hücumçu Loren Moronu satmağa çalışacaq.
Xoakin 2015-ci ildən “Betis”də çıxış edir. Onun klubla müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin