Ronaldo və Messidən ilhamlanan futbolçu

“Sevilya”nın hücumçusu Aleksis Sançes futboldan yorulub-yorulmadığı ilə bağlı sualı cavablandırıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı forvard kumirləri Kriştiano Ronaldo və Lionel Messidən ilhamlanaraq, futbola olan sevgisini itirmədiyini deyib:

“Düşünürəm ki, onların hər ikisinin bu qədər çox “qızıl top”a sahib olmalarının səbəbi futbolu hər şeydən çox sevmələri və ən əsası, bu sevgini itirməmələridir”.

Hazırda “Əl-Nəsr”də çıxış edən Ronaldonun 5 “qızıl top”u var, “İnter Mayami”nin hücumçusu Lionel Messi isə 8 dəfə bu mükafatı qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button