“Mançester Yunayted” keçmiş futbolçusunun namizədliyini nəzərdən keçirir

“Mançester Yunayted” sabiq futbolçusu və məşqçisi Maykl Karrikin kluba mümkün dönüşünü nəzərdən keçirir.

Komanda.az “Mirror Football”-a istinadən xəbər verir ki, 44 yaşlı Karrik Ruben Amorimdən sonra baş məşqçi postuna təyin edilə bilər. Amorimin yaxın həftələrdə istefaya göndərilməsi mümkündür.

Karrik 2018–2021-ci illərdə “Mançester Yunayted”də baş məşqçinin köməkçisi olub. O, 2021-ci ilin noyabr–dekabr aylarında qısa müddətə “qırmızı şeytanlar”ın icraçı baş məşqçisi funksiyasını yerinə yetirib.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında dörd turdan sonra 4 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button