Terim, De Byazi və başqaları – AFFA həqiqətən onlarla danışıqlar aparır?

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya yığmasına məğlub olduqdan (0:5) sonra baş məşqçi Fernandu Santuşla yollar ayrıldı.

Azərbaycan yığmasının boş qalan baş məşqçi postuna son günlərdə Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terimin və Engin Fıratın adı çəkilir.

Komanda.az-a daxil olan məlumata əsasən, bu xəbərləri əsasən Türkiyə mətbuatı tirajlayır. Mənbənin bildirdiyinə görə, Santuşun istefaya göndərilməsindən sonra çoxlu sayda agent öz namizədini tövsiyə edir və mətbuata sızdırır.

Hətta italiyalı mütəxəssis Canni De Byazi belə, məhşur “Sky Sports”-a xəbər ötürüb ki, Azərbaycan millisinin baş məşqçi postuna yenidən qayıtmaq ehtimalı var.

Azərbaycan millisini DÇ-2026-nın Ukrayna ilə Bakıdakı seçmə mərhələ matçına (1:1) “Şamaxı”nın və U-21-in baş məşqçisi Ayxan Abbasov çıxarıb. Amma o, bu postda müvəqqətidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button