Yeni müqavilə bağlayacaq, maaşı 3 milyon avroya qədər artacaq

“Milan” futbolçusu Aleksis Salemakerslə müqaviləni yeniləməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı vingerin yayda komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər olsa da, o, “qırmızı-qaralar”da qaldı və indi yeni sözləşməyə imza atmağa yaxındır.

Bildirilir ki, 26 yaşlı futbolçunun illik maaşı 3 milyon avroya qədər artırılacaq.

Hazırda Salemakersin klubla qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında “Roma”da keçirmişdi.

Massimiliano Alleqrinin komandası bazar günü evdə “Bolonya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button