
“Milan”ın hücumçusu qərarını verib
“Milan”ın hücumçusu Divok Origi daha bir dəfə komandasını müqaviləsinin müddəti başa çatmadan tərk etməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “Milan News” məlumat yayıb.
Daha əvvəl bildirilirdi ki, heyətdən kənarlaşdırılan belçikalı forvard müqavilənin vaxtından əvvəl pozulmasına yalnız bu mövsümün sonuna qədər nəzərdə tutulan məbləğin yarısını aldıqda razı ola bilər. Ancaq son məlumata görə, o, bu təklifi də rədd edib və klubda qalmaq qərarını verib.
30 yaşlı oyunçunun klubla müqaviləsi davam edir və İtaliya qanunlarına əsasən, komandadan ayrıldıqdan sonra müəyyən müddət ölkədə qalmaq öhdəliyi daşıyır. O, sonuncu dəfə 2024-cü ilin aprelində “Nottingem Forest”in heyətində meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



