40 yaşlı futbolçu ilə yeni müqavilə imzaladılar

“Portu” Pepe ilə müqavilənin müddətini uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi 40 yaşlı müdafiəçini buraxmaq istəməyib. Yeni müqaviləyə əsasən, Pepe 2024-cü ilə qədər “Portu”da forma geyinəcək.

Pepe 2004-2007-ci illərdə də “Portu”da çıxış edib. “Real” və “Beşiktaş”da oynadıqdan sonra portuqaliyalı 2019-cu ildə “Portu”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button