40 yaşında La Liqada rekord qırdı

“Betis”in futbolçusu Xoakin Sançes yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, o, buna La Liqanın 9-cu turunda qarşılaşdıqları “Alaves”lə matçda nail olub.

İspaniyalı futbolçu komandasının 1:0 hesabıyla qalib gəldiyi matçın 89-cu dəqiqəsində vurulan yeganə qolun ötürməsini verib.

Sançes (40 yaş 89 gün) 21-ci əsrdə 40 yaşında La Liqada qol ötürməsi verən ilk oyunçuya çevrilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button