
40-da dayanmaq istəyir
Braziliyalı yarımmüdafiəçi Villian karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 40 yaşına qədər oynayacağını deyib:
“Nə vaxta qədər oynayacam? Bilmirəm, hardasa 40 yaşıma qədər. Baxmayaraq ki, 40 yaşında Premyer Liqada oynamaq çətindir. Ancaq Tyaqo Silvaya baxın, 38 yaşında əla oynayır. O məni ruhlandırır”.
34 yaşlı Villian bu yay “Fulhem”ə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin