40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyuldu

Avstriyanın “Zalsburq” komandasının öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə ev oyununa təsadüf edib.

Səfərdə 2:1 hesablı qələbə qazanan London təmsilçisi rəqibin uğurlu seriyasına son qoyub.

“Çelsi” bu nəticə ilə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button