
Mbappedən yeni rekord
PSJ Fransa Liqa 1-in 18-ci turunda “Sent-Etyen”i məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən oyunda dubl edən Kilian Mbappe yeni rekorda imza atıb. Belə ki, 20 yaşlı hücumçu Liqa 1-də 70 qol səddinə çatan ən gənc futbolçu olub. O, buna 20 yaş 359 günlüyündə nail olub.
Bundan əvvəlki rekord isə Bernardo Lakombaya aid idi. Lakomba 1975-ci ildə, 22 yaş 163 günlüyündə 70 qol səddinə çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin