
“İnter”lə 100 “quru oyun”
“İnter” İtaliya A Seriyasının 17-ci turunda “Cenoa”nı məğlub edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən qarşılaşma “neradzurra”nın futbolçusu Samir Handanoviç üçün əlamətdar olub. Belə ki, “Cenoa” ilə matçda qapısını toxunulmaz saxlayan 35 yaşlı qapıçı “İnter”lə A Seriyasında 100-cü “quru oyun”unu keçirib.
2012-ci ildən “İnter” forması geyinən Handanoviçin müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin