Azərbaycanın 4 şahmatçısı dünya kubokunda yarışacaq
Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
Şahmat federasiyasından Komanda.az– verilən məlumata görə, qitə birinciliyində şahmatçılardan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 11 turdan 8 xal toplayan şahmatçı yekun sıralamada 3-8-ci yerləri bölüşüb.
Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar, o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin