4 oyunda 1 qol
Azərbaycan Premyer Liqasında 30-cu turda üz-üzə gələn “Sumqayıt” və “Zirə” komandaları mövsüm ərzində 3-cü dəfə qolsuz bərabərliklə ayrılıblar.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir görüşdə isə Bakı klubu minimal hesabla qalib gəlib.
Rəqiblərin 4 duelində cəmi 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində ikinci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq” arasında 4 matçda 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.
“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdirlər. Mütləq rekord isə 2009/10 mövsümünün “böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran” arasında 4 matç qolsuz başa çatıb.
Bizi Facebook-da izləyin