“4-lər” finalına vəsiqə qazanmağı əsas hədəf kimi qarşıya qoymuşuq”

“Fasilə ərəfəsini yaxşı dəyərləndirə bilmədik”.

Komanda.az xəbər verir ki, bunu “Abşeron”un baş məşqçisi Erhan Toker “Neftçi”yə qarşı Azərbaycan Basketbol Liqasının 15-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis məğlub olduqları görüşü belə şərh edib:

“Bəzi oyunçularımız Amerikaya yollandılar. Yeni transferimiz Ömər Yavaş yenidən Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Məşq meydançaları ilə bağlı problemlərimiz oldu. 2 oyunçu komandamıza yeni qoşulub. Ümumi baxsaq, bu oyuna hazırlıq cəmi 3 gün çəkdi. Növbəti matçlarda qələbə qazanmaq üçün mübarizə aparacağıq. Düzdür, komandamız özünə gələnə qədər müntəzəm mövsüm yekunlaşacaq və biz “üçlük”də olmayada bilərik. Yeni oyunçuları heyətə cəlb edəndə sırf ilk “üçlük”də qərarlaşmağı deyil, pley-off və “4-lər” finalına vəsiqə qazanmağı əsas hədəf kimi qarşıya qoymuşuq”.

“Neftçi” – “Abşeron” qarşılaşması ikincilərin 56:80 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button