“3-4 futzalçı ilə danışıqlarımız olub” – “Araz-Naxçıvan”ın baş məşqçisi
“Araz-Naxçıvan” klubu üç futzalçı ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis Erik Dannilo, Xətai Bağırov və İsa Atayevin komandadan ayrıldığını söyləyib:
“Onlara karyeralarında uğurlar arzulayırıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik”.
Baş məşqçi heyətlə bağlı dəyişikliklərin olacağını diqqətə çatdırıb:
“Bu boşluqları doldurmalıyıq. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.
Borisov yanvarın 12-də hazırlığa başlayacaqlarını söyləyib:
“2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq”.
Qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır. Keçirdiyi 10 oyunun 8-də qələbə qazanan “qırmızı-ağlar” digər iki matçın birində yenilib, birində isə heç-heçə edib.
Bizi Facebook-da izləyin