4-cü dəfə ilin ən yaxşı oyunçusu seçildi – 22 yaşlı futbolçu
Almaniyanın “Bayern” klubunun hücumçusu Alfonso Devis ölkəsində növbəti dəfə ilin ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu karyerası ərzində 4-cü dəfə Kanadanın ən güclü oyunçusu elan edilib.
Xatırladaq ki, Kanadanın DÇ-2022-yə vəsiqə qazanmasında böyük pay sahibi olan Devis 36 ildən sonra mundiala qatılan ölkəsinin DÇ-dəki ilk qoluna da imza atıb. Yer aldıqları F qrupunda Xorvatiyanın qapısına yol tapan (1:4) Alfonso bu il “Bayern”lə Almaniya çempionluğunu bayram edib və ölkə Super Kubokunu başı üzərinə qaldırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin