4-cü belə futbolçudur – Salah
“Liverpul” İngiltərə çempionu ola bilməsə də, Məhəmməd Salah unikal göstəriciyə nail olub.
Komanda.az xəbər verir ki, misirli hücumçu həm Premyer Liqanın ən yaxşı bombardiri olub, həm də ən çox qol ötürməsi edib.
Salah 23 qol vuraraq “Tottenhem”in futbolçusu Son Hın Minlə birgə ən yaxşı bombardir olub. O, 13 qol ötürməsi edərək, bu göstəricidə də hamını qabaqlayıb. Beləliklə, Salah Premyer Liqada eyni mövsümdə həm bombardir olan, həm də ən çox qol ötürməsi edən 4-cü futbolçu olub.
Buna qədər Endi Koul (1993/1994), Cimmi Floyd (1998/1999) və Harri Keyn (2020/2021) belə nəticə qazanmışdı.
29 yaşlı Salah “Liverpul”un heyətində 180 oyunda 118 qol vurub və 50 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin