Ramos 40 yaşına qədər oynamaq istəyir
İspaniyalı futbolçu Serxio Ramos 40 yaşına qədər futboldan uzaqlaşmayacaq.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin müdafiəçisi 40 yaşına qədər yüksək səviyyədə oynamaq istədiyini deyib:
“Daha 4-5 il yüksək səviyyədə oynamaq, sonra yeni təcrübə qazanmaq istəyirəm. Çalışacam ki, PSJ-dəki iki ili üç ilə çevirim və bundan sonra nə olacağını görəcəyik. Fiziki hazırlığım imkan verdikcə, fikrimi karyeramı davam etdirməyə cəmləyəcəm”.
36 yaşlı Ramos 2021-ci ildən PSJ-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin