
“Tottenhem” rekordçu futbolçusunu icarəyə göndərdi
“Tottenhem” 17 yaşlı hücumçusu Mayk Muru icarəyə göndərib. Gənc futbolçu 2025/26 mövsümünü “Reyncers”də keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.
Mayk Mur ötən ilin mayında “Tottenhem”in heyətində debüt edərək, klub tarixində ən gənc debütant olub. O, 2025-ci ilin yanvarında Cimmi Qrivzin rekordunu qıraraq, avrokuboklarda qol vuran ən gənc ingilis futbolçuya çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



