
Amorim sloveniyalı hücumçu haqda danışmaq istəmədi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun kluba mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirmək istəməyib.
22 yaşlı sloveniyalı forvardın “qırmızı şeytanlar” üçün prioritet hədəf olduğu haqda xəbərlər yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu məsələ ilə bağlı konkret fikir bildirməkdən yayınıb:
“Rasmus Hoylund qol vurur. Bu, hazırda ən vacib şeydir. Transfer pəncərəsi bağlanana qədər nə olacağını bilmirəm”.
“Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə başa çatan “Bornmut”la yoxlama matçında komandanın hücumçusu Rasmus Hoylund qol vurub.
“Leyptsiq” Şeşko üçün bonuslar xaric 75 milyon avro istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



