“Barselona” Dumfrisi bir şərtlə transfer edə bilər

“İnter”in müdafiəçisi Denzel Dumfrisin “Barselona”ya mümkün transferi ilə bağlı söz-söhbətlər sürətlənməkdə davam edir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu ayın sonuna kimi 25 milyon avroya alına biləcək niderlandlı oyunçuya əsas namizədlərdən biri “Barselona” hesab olunur.

Kataloniyalılar Dumfrisi bəyənirlər, ancaq o, prioritet hədəf deyil. Son İspaniya çempionlarının maddi sıxıntıları səbəbindən sözləşmənin reallaşma ehtimalı çox azdır. Ehtimal olunur ki, 29 yaşlı müdafiəçinin “Barsa”ya transferi yalnız klub ondan əvvəl kimisə satarsa, mümkün olacaq.

Dumfrisin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button