İtaliyalı hücumçu “İnter”i tərk edəcək

“İnter”in hücumçusu Sebastiano Espozito klubu tərk edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu milanlıların planlarında deyil, ona görə də, onun yaxın vaxtlarda yeni komandaya qoşulacağı gözlənilir.

Hazırda Espozito ilə İtaliya A Seriyasının üç klubu maraqlanır – konkret adlar hələ açıqlanmayıb. “İnter” bütün tərəflərlə uyğun həll yolu tapmağa çalışır.

İtaliyalı forvard son mövsümdə “Empoli”də icarə əsasında çıxış edərək, 33 matçda 8 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button