Virtsin atası oğlunun “Liverpul”a transferindən danışdı

Florian Virtsin atası və eyni zamanda agenti Hans-Yoahim Virts oğlunun “Liverpul”a transferi ilə bağlı “Bayern” rəhbərliyinin reaksiyasından danışıb.

Komanda.az “Spiegel”-ə istinadən xəbər verir ki, o, Münhen klubunun fəxri prezidenti Uli Hönessin bu transferin reallaşmamasına görə ciddi məyusluq yaşadığını bildirib:

“Söhbət təkcə transferdən getmirdi. Uli Höness və Karl-Haynts Rummenigge Virtsin potensialını dərindən təhlil edirdilər və bu transfer üçün böyük səy göstərirdilər”.

O, Hönessə olan şəxsi hörmətindən də danışıb:

“2022-ci ildə Virtsin ön çarpaz bağları qırıldıqda, Uli bizə dərhal və qarşılıqsız şəkildə yardım etdi. Əməliyyatın İnsbrukda təşkil olunmasına şərait yaratdı və buna görə hələ də minnətdarıq. Elə bu səbəbdən onunla son telefon danışığımız mənim üçün olduqca çətin keçdi”.

Virtsin atası bu transferin baş tutmamasından sonra Hönessin reaksiyasını belə şərh edib:

“O, hər zaman obyektiv və ədalətli olub. Amma bu dəfə məyusluğunu gizlədə bilmədi. Axı bu transferin reallaşması üçün şəxsən özü illərlə çalışmışdı”.

Leverkuzen “Bayer”inin sabiq yarımmüdafiəçisi bu yay 100+16 milyon funt sterlinq qarşılığında “Liverpul”a keçib. Ancaq daha əvvəl onun “Bayern”ə keçidi gözlənilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button