İngiltərəli futbolçunun avtomobilinə hücum olub – FOTO

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən İvan Toniyə məxsus avtomobilə naməlum şəxslər tərəfindən ziyan vurulub.

Hadisə futbolçunun İngiltərədə yay tətili zamanı baş verib.

Komanda.az xəbər verir ki, bu barədə ingiltərəli hücumçu sosial şəbəkə hesabının hekayə bölməsində paylaşım edib.

O, maşınının sınmış şüşələrinin şəklini paylaşaraq bunları yazıb:

“Bax, buna görə Londondan nifrət edirəm”.

Hadisə ilə bağlı dəqiq təfərrüatlar məlum deyil. Avtomobildən hansısa əşyanın oğurlanıb-oğurlanmadığı da hələlik açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button