
Antoni İspaniya klubuna keçə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni “Betis”ə keçə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun hüquqlarına sahib olan “qırmızı şeytanlar” onu satmaq niyyətindədir və bu transferdən təxminən 40 milyon avro gəlir əldə etmək istəyir.
Antoni “Betis”ə keçməyə razılıq versə, bu halda maaşında ciddi azalma olacaq. Belə ki, Sevilya təmsilçisinin təklif etdiyi məbləğ “Mançester Yunayted”dəki maaşdan 30 faiz azdır.
Son mövsümün ikinci yarısını “Betis”də keçirən 24 yaşlı futbolçu La Liqada 17 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin