Qriliş ən yüksək maaş alan futbolçulardan biri ola bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

İngiltərə klubunun 29 yaşlı futbolçu ilə yollarını ayırmaq istədiyi bildirilir, ancaq onun transfer qiymətini ödəməyə hazır olan Avropa klublarının sayı azdır.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Qrilişə Səudiyyə Ərəbistanından ciddi maraq var. Adları açıqlanmayan bir neçə Səudiyyə Ərəbistanı klubu onu dünyanın ən yüksək maaş alan futbolçularından birinə çevirməyə hazırdır.

Qrilişin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button